• Bakı 15° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

“Günah uşağa maşın verən atadadır” - VİDEO
CƏMİYYƏT
04 Noyabr 2025 | 20:34

“Günah uşağa maşın verən atadadır” - VİDEO

Göygöldə baş verən dəhşətli yol qəzası  zamanı həlak olan 16 yaşlı İsbi Əliyevin yaxınları danışıblar.

Bakıvaxtı.az xəbər verir ki, mərhumun atası bildirib ki, oğlu dostlarının çağırışı ilə evdən çıxıb:

“Evdə oturmuşdu, dostları zəng edib çağırdılar. Çıxıb getdilər, qayıtmadılar. Üçü sinif yoldaşı olub, biri də dostu. Azyaşlı uşağa maşın verilməməlidir. Ən böyük günah uşağa maşını verən atadadır”.

Mərhumun nənəsi isə nəvəsinin gələcəklə bağlı arzularının yarımçıq qaldığını deyib:

“Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu var idi, İdman Akademiyasında oxumaq istəyirdi. Nə idi bizim günahımız?! Nə idi o körpələrin günahı?! Niyə yazıq etdilər bizi?!”

Qeyd edək ki, qəza nəticəsində 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İsbi Əliyev hadisə yerində ölüb. Digər iki sərnişin – 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli xəsarətləri alıb.

Daha ətraflı “Baku TV”nin videomaterialında:


SON XƏBƏRLƏR

04 Noyabr 2025