• Bakı 14° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Fransada Tiktoka qarşı cinayət işi AÇILDI
MULTİMEDİA
04 Noyabr 2025 | 23:16

Fransada Tiktoka qarşı cinayət işi AÇILDI

Fransa prokurorluğu Tiktok sosial şəbəkəsinin uşaqların psixi sağlamlığını qorumaqda laqeydlik göstərməsi ilə bağlı istintaq başladıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, bu, sosial şəbəkələrdə azyaşlıların qorunması məsələsi üzrə Fransada ilk belə cinayət işidir. İstintaq Fransanın sosialist deputatı Artur Delaportun rəhbərlik etdiyi parlament araşdırmasının nəticələrindən sonra başlanıb. Delaport sentyabrın 11-də araşdırmanın hesabatını təqdim edib.

“Komissiyamızın müşahidələri göstərir ki, Tiktokun alqoritmi cəmi bir neçə qarşılıqlı əlaqədən sonra istifadəçiləri zərərli, narahatlıq yaradan və depressiv məzmunlara yönləndirir”, - o bildirib.

Qeyd edilir ki, Paris polisinin kibercinayətkarlıq bölməsi oktyabrın sonunda rəsmi istintaqa start verib./Axar.az


SON XƏBƏRLƏR

04 Noyabr 2025