İtaliyanın paytaxtı Romada noyabrın 5-i matəm günü elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Roma şəhərinin meri Roberto Qualtieri deyib.
O bildirib ki, paytaxtın İmperator Forumundakı “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində bir işçinin dağıntılar altında qalaraq həlak olması ilə bağlı 5 noyabr tarixinin matəm günü elan edilməsinə qərar verilib. Roma şəhəri ailəsi, həmkarları və onu sevən hər kəslə birlikdə bu faciəli itkinin ağrısını bölüşür. Paytaxtdakı bütün bələdiyyə binalarında bayraqlar yarıya endiriləcək.
Xatırladaq ki, noyabrın 3-də IX əsrin əvvəllərində inşa edilən “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində 66 yaşlı rumıniyalı işçi dağıntılar altında qalaraq həlak olub.
Bakı 










