• Bakı 24° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Belarus NATO üçün təhlükədir - Qof
DÜNYA
08 Iyun 2026 | 09:03

Belarus NATO üçün təhlükədir - Qof

Belarus təkcə Ukrayna üçün deyil, bütün NATO bloku üçün təhlükə faktorudur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Avropa və Avrasiya üzrə xüsusi əməliyyatlar şöbəsinin keçmiş rəhbəri Ralf Qof deyib.

Onun sözlərinə görə, NATO ölkələri Belarusla bağlı vəziyyəti diqqətlə izləyir:

"Məsələn, çox peşəkar kəşfiyyat xidmətinə malik NATO ölkəsi Litvanı götürək. Eyni şey Estoniya və Latviyaya da aiddir. Eləcə də İsveç, Norveç və əlbəttə ki, Polşa. Baltikyanı və Şimali Avropa ölkələrinin güclü və yüksək ixtisaslı kəşfiyyat xidmətləri var və Polşa, şübhəsiz ki, Belarusda baş verənləri iqnor etməyəcək. Ukrayna yalnız Belarusdakı vəziyyəti izləmək məcburiyyətində deyil, çünki NATO ölkələri orada baş verən hər şeyi diqqətlə izləyir. Müharibənin əvvəlində Qərb kəşfiyyat xidmətləri Rusiya ordusunu olduğundan daha yüksək dərəcədə qiymətləndirmişdi. Ancaq indi başqa bir səhv riski var - müharibənin sonrakı mərhələlərində onu lazımınca qiymətləndirməmək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyun 2026