"The Social Network” və “Now You See Me” filmləri ilə tanınan amerikalı aktyor Cessi Ayzenberq altı həftə sonra tanımadığı bir insana böyrək donoru olacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, aktyor bu barədə “Today” proqramında danışıb.
“Bəli, mən altı həftədən sonra böyrək donoru olacağam. Mənə elə gəlir ki, artıq “donorluq virusu” mənə keçib. Bu əməliyyat tibbi baxımdan təhlükəsizdir və çox vacib humanitar addımdır”, – deyə o söyləyib.
Qeyd edək ki, aktyorun qərarı “altruistik donorluq” adlanır. Belə olan halda donor öz orqanını könüllü şəkildə, heç tanımadığı və böyrək çatışmazlığından əziyyət çəkən bir insana bağışlayır. Bu tip donorlar “qeyri-hədəfli donorlar” adlanır, çünki bağışlanan orqan konkret ailə üzvü və ya tanış üçün olmur.
Bakı 


jpg-1761979371.jpg)







