Azərbaycan təkcə Cənubi Qafqazın deyil, daha geniş regionun üzləşdiyi çağırışların həllində əhəmiyyətli yardım və dəstək göstərmək qabiliyyətinə malik vacib bir ölkədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker bildirib.
Dövlət nazirinin sözlərinə görə, Böyük Britaniya regional sabitliyin möhkəmlənməsi naminə Azərbaycanı bundan sonra da dəstəkləmək niyyətindədir.
Cənubi Qafqaz regionundakı cari vəziyyətdən bəhs edən V.Koaker vurğulayıb ki, burada irəliləyiş müşahidə edilir: "Bundan əlavə, Ermənistan və Azərbaycan arasında gözlənilən sülh sazişi də (imzalanma - red.) daxil olmaqla, əhəmiyyətli irəliləyişlər görürük. Bu, regionda sabitliyin möhkəmləndirilməsinə töhfə verən çox vacib bir addımdır".
Bakı 











