• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bunun bir adı var: Təxribat - Aqil Abbas yazır
YAZARLAR
18 Aprel 2022 | 20:56

Bunun bir adı var: Təxribat - Aqil Abbas yazır

Aqi̇l Abbas

«Park Bulvar»da baş verən rəzalətdən çox yazırlar. Demək olar ki, hadisəni hamı qınayır. Mən «Tarixi-Nadir»i də, Yunus Oğuzun «Nadir şah» romanını da axıradək oxumuşam, Hüseyn Həsənov adında bloqqer  tanımıram. Ata Abdullayevi tanıyıram, Mehmanı tanıyıram, amma Hüseyn  Həsənovu tanımıram.

Arif Babayev bir toydaymış. Bir nəfər yaxınlaşır ki, Arif  müəllim, məni  tanımadın? Deyir, yox.

- Ola bilməz.

- Vallah, tanıya bilmədim. 

- Neujeli tanımadın?  Yetmiş beşinci ildə Salyanda Məmmədin toyunda sağdışıydım da. 

Üstündən 40 il keçib, Arif Babayev başını bulayıb deyir:

 

- Bağışla, qardaş, o da mənim qanmazlığım ki səni tanımadım. 

İndi Hüseyn Həsənov da məni bağışlasın, qanmazlığımdı ki onu tanımıram. 

Nə isə. «Park Bulvar»a bu bloqqerin şüvəninə yığılmış  mindən çox adam da elə mənim kimi «qanmazlardı», yəni heç onu tanımırlar. «İphone» sözünü eşidib «İphone»nun  başına  yığışıblar. Çığıran kimi, bağıran  kim, bayılan kim, ayaq altında  qalan kim, döyülən kim, söyülən kim… təki «İphone» olsun. O da  yığışanlara şeyinin, daha dəqiq desək, «İphone»un ucunu göstərdi, heç  Allahın «Nokia»sını da vermədi. 

Əslində bu Rusiyanın Azərbaycanda  aranı qarışdırmaq üçün nəbzimizi  yoxlamasıdı. Təxribatdı. Bir «İphone»nun başına bir belə  adam yığışırsa, görün bir «Niva»nın başına nə qədər adam yığışar və nə davalar düşər? 

Təbii ki, bunun  təxribat olduğunu  sübut etmək çox çətindir, amma  araşdırılmalıdır. «Park Bulvar»ın rəhbərliyi bu rəzalətə görə yüksək rəqəmlə cərimələnməlidir. 

Hərdən «Park Bulvar»da kitab təqdimatları  olur, mən də gedirəm – 100-200 nəfər ola-olmaya. 

Görən bu bloqqer bu gün harda  «İphone» paylayacaq? Mejduproçim, mənim  «İphone»um yoxdur.


SON XƏBƏRLƏR

19 Aprel 2024