• Bakı 31° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

DYP-dən velosipedçilərə XƏBƏRDARLIQ
CƏMİYYƏT
10 Avqust 2026 | 09:46

DYP-dən velosipedçilərə XƏBƏRDARLIQ

Ölkədə velosipeddən istifadənin genişlənməsi müsbət haldır. Bununla yanaşı, velosipedçilər də yol hərəkətinin digər iştirakçıları kimi müəyyən edilmiş qaydalara riayət etməli və təhlükəsizlik tələblərinə əməl etməlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin velosipedçilərə müraciətində bildirilib.

Qeyd olunub ki, bəzi hallarda velosipedçilərin yol hərəkəti qaydalarını pozması təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Belə hallar müxtəlif dərəcəli xəsarətlərlə, hətta insan həyatı üçün ağır nəticələrlə yekunlaşa bilər.

Baş Dövlət Yol Polisi İdarəsi velosiped idarə edən şəxslərə bir sıra vacib məqamları xatırladıb.

Bildirilib ki, velosiped sürərkən mobil telefondan istifadə etmək, xüsusilə əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. Bu cür davranış diqqətin yayınmasına və velosiped üzərində nəzarətin itirilməsinə səbəb olaraq qəza riskini artırır.

İstiqaməti dəyişərkən və yolayrıclarında dönərkən qəfil manevrlərdən çəkinmək, nəzərdə tutulan manevr barədə digər hərəkət iştirakçılarını əvvəlcədən müvafiq qaydada xəbərdar etmək tövsiyə olunub.

Həmçinin xüsusi velosiped yollarının və zolaqlarının mövcud olduğu ərazilərdə həmin yollardan və zolaqlardan istifadə edilməli, belə imkan olmadıqda isə yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq yolun sağ kənarı ilə hərəkət edilməlidir.

“Yol hərəkəti qaydalarına riayət etmək yalnız qanunun tələbi deyil, həm də öz həyat və sağlamlığınızı, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumağın vacib şərtidir”, - müraciətdə vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026