• Bakı 28° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Ermənistan İranın bütün “qırmızı xətlər”inə əməl olunduğunu Tehrana çatdırıb
DÜNYA
15 Avqust 2025 | 13:02

Ermənistan İranın bütün “qırmızı xətlər”inə əməl olunduğunu Tehrana çatdırıb

Ermənistan Vaşinqton razılaşmalarından sonra Sünik marşrutu ilə bağlı İranın bütün “qırmızı xətlər”inə əməl olunduğunu Tehrana çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı IRNA-ya müsahibəsində bildirib.

    Nazirin sözlərinə görə, məsələnin miqyası hələ tam aydın olmasa da, Ermənistan tərəfi suallara ətraflı cavab verməyə çalışıb.

    Əraqçı qeyd edib ki, İran regionda geosiyasi dəyişikliklərdən ehtiyat edirdi, lakin bu, baş verməyib: “Əlbəttə gələcək proseslər də narahatlıq doğurur, lakin İranın yaxınlığında heç bir ABŞ hərbi qüvvəsi yerləşdirilməyəcək”.


    SON XƏBƏRLƏR