• Bakı 28° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Qazaxıstandan Avrasiya İttifaqına xəbərdarlıq!
DÜNYA
15 Avqust 2025 | 14:50

Qazaxıstandan Avrasiya İttifaqına xəbərdarlıq!

Qazaxıstan hökuməti Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər üzv dövlətlərini gizli məhdudiyyətlər tətbiq etməməyə və ticarətdə süni baryerlər yaratmamağa çağırır.

Bakıvaxtı.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş naziri Olcas Bektenov Avrasiya Hökumətlərarası Şuranın geniş tərkibdə iclasında bəyan edib.

“Ümumi Avrasiya bazarının açıqlığına və əlçatanlığına ümid edən qazaxıstanlı istehsalçılar və daşıyıcılar, təəssüf ki, hələ də gizli məhdudiyyətlərlə üzləşirlər. Faktiki olaraq, biz çatdırılan və daşınan mallara tamhüquqlu baytarlıq, sanitariya və gömrük nəzarətinin tətbiqini müşahidə edirik. İkiqat vergitutma əlamətləri görünür”, – deyə Bektenov bildirib.

Onun sözlərinə görə, bəzi hallarda Aİİ ölkələrinin ərazilərindən malların maneəsiz tranziti təmin olunmur. “Hörmətli həmkarlar, biz ittifaqı yaradarkən malların, xidmətlərin və kapitalın sərbəst hərəkətini təmin etməyi qarşıya məqsəd qoymuşduq. Mən əvvəllər də bu məsələnin həlli üçün mümkün yanaşmaların müzakirəsini təklif etmişdim. Komissiyaya mövcud baryerlərin və məhdudiyyətlərin ardıcıl şəkildə aradan qaldırılması üzrə işi davam etdirmək tövsiyə olunur”, – deyə baş nazir vurğulayıb.


SON XƏBƏRLƏR