• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

İzmirdə baş verən meşə yanğını ilə bağlı istintaq tamamlanıb
DÜNYA
15 Avqust 2025 | 16:45

İzmirdə baş verən meşə yanğını ilə bağlı istintaq tamamlanıb

İzmirin Buca rayonunda baş verən meşə yanğını ilə bağlı istintaq tamamlanıb.

Bakıvaxtı.az bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.

Belə ki, Prokurorluq iyunun 29-da evini yandırdıqdan sonra meşə yaxınlığındakı otlara od vuraraq yanğına səbəb olduğu iddia edilən şəxsə 3 ilə qədər həbs cəzası tələb edib.

İttihama görə, ailə problemləri yaşayan şübhəli, əlində tez alışan maddə ilə ərazidəki otları yandırıb.

Yanğının insan təsiri ilə başladığı və yayılma istiqamətinə görə kimyəvi maddələrdən istifadə oluna biləcəyi müəyyən edilib.

İzmir 61-ci Ümumi Cinayət Məhkəməsi ittihamnaməni qəbul edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR