• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb
HADİSƏ
15 Avqust 2025 | 18:29

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvan şəhərində fəaliyyət göstərən Sənan Vəli oğlu Piriyevə məxsus kafedə ciddi nöqsanlar tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR