• Bakı 25° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Rusiya və ABŞ jurnalistləri Putin-Tramp görüşündə birlikdə iştirak edəcək
DÜNYA
15 Avqust 2025 | 20:22

Rusiya və ABŞ jurnalistləri Putin-Tramp görüşündə birlikdə iştirak edəcək

ABŞ -Rusiya liderlərinin görüşündə rus və amerikalı jurnalistlərin birgə iştirakına icazə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə onlar sənədlərinin yoxlanılacağı toplaşma məntəqəsinə gəlməlidirlər, daha sonra avtobuslarla Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın görüşü üçün hərbi bazaya aparılacaqlar.

Putinlə Trampın görüşü və yüksək turizm mövsümü səbəbindən bütün otellər rezerv edilib. Nəticədə Rusiya və Amerika nümayəndə heyətlərinin bir hissəsi Alyaska Universitetinin yataqxanasında yerləşdiriləcək. Bundan əlavə, Ankoricdəki rusiyalı jurnalistlərin də stadionda yerləşdirildiyi və qatlanan çarpayılarla təmin edildiyi bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, çöl şəraitində gecələmək rusiyalı jurnalistləri yalnız sərtləşdirəcək və materiallarına rəng qatacaq.

Ümumilikdə, görüş üçün dünyanın hər yerindən 700-dən çox jurnalist Alyaskaya gələcək.


SON XƏBƏRLƏR