• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Ermənistan və EIB Sünik vilayətinin inkişaf proqramı çərçivəsində saziş imzalayıb
DÜNYA
17 Iyul 2025 | 10:54

Ermənistan və EIB Sünik vilayətinin inkişaf proqramı çərçivəsində saziş imzalayıb

Ermənistan və Avropa İnvestisiya Bankı (EIB) Lüksemburqda "Ermənistan – davamlı Sünik" proqramının maliyyələşdirilməsinə dair saziş imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sazişi Ermənistanın maliyyə naziri Vahe Ovannisyan və AİB-in vitse-prezidenti Tereza Çervinska imzalayıblar.

50 milyon avro məbləğində kredit sazişində nəzərdə tutulan proqram Sünik vilayətinin inkişafına töhfə verəcək və regionun iqtisadi inkişafına, su təchizatı, səhiyyə və təhsil sahələrində infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcək.

Proqram, həmçinin Sünik vilayətində məskunlaşmış məcburi köçkünlərin və onları qəbul edən icmaların ehtiyaclarının ödənilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə kömək edəcək.


SON XƏBƏRLƏR