“Bütün kişilərə şamil eləmirəm. Amma indi baxırsan ki, hər şey tərsinə olub. Əvvəllər xanım küsüb atası evinə gedərdi, indi bəylər çıxıb gedirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə deyib.
O, hər şeyin pisə doğru dəyişdiyini bildirib:
“O zamanlar evdə söz-söhbət olanda bəy gedib 2-3 gün əsəbini keçirərdi, xanım da atası evinə yollanardı. 2-3 gün sonra da kişi gəlib, yoldaşının könlünü alardı, gətirərdi evinə. Amma indi evdə söz söhbət olan kimi, kişi veş-vüşünü yığıb, çıxıb gedir”.
Ziyafət Əlisoy