• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

HƏMAS girovların azad edilməsi üçün danışıqlara hazırdır
DÜNYA
18 Aprel 2025 | 00:41

HƏMAS girovların azad edilməsi üçün danışıqlara hazırdır

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində onun nəzarətində olan bütün israilli girovların azad olunması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə təşkilatın Qəzzadakı liderlərindən biri Xəlil əl-Heyya bildirib.

“Bizdə olan bütün girovların, eləcə də İsrail həbsxanalarında olan razılaşdırılmış sayda fələstinlinin azad olunması ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırıq. Əvəzində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını, bütün İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını, bölgənin bərpasına başlanmasını və blokadanın götürülməsini tələb edirik”, – deyə əl-Heyya vurğulayıb./apa


SON XƏBƏRLƏR

18 Aprel 2025