Fələstinin HƏMAS hərəkatı hazırda Qəzza zolağında atəşkəs üçün aldığı son təkliflə bağlı məsləhətləşmələr apardığını təsdiqləyib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə qrupun bəyanatında deyilir.
“Həmas Fələstin qrupları ilə ABŞ-ın xüsusi nümayəndəs Steven Uitkoffun atəşkəs təklifini müzakirə etməyə davam edir”, - bəyanatda bildirilir.
Mayın 30-da hərəkatın siyasi büro üzvü Basem Naim izah edib ki, qrup Uitkoff planına İsrailin də cavabını alıb. O, bunun Fələstin xalqının heç bir tələbinə cavab vermədiyini hesab edir.