• Bakı 20° C

    17.21 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.1932

Dəm qazı yenə CAN ALDI – Bu dəfə Xaçmazda..
HADİSƏ
01 Iyun 2025 | 10:59

Dəm qazı yenə CAN ALDI – Bu dəfə Xaçmazda..

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Sara Xatun küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.

İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.

A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

02 Iyun 2025