• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Baydenin yerinə onlar prezidentlik ediblər - ADLAR
DÜNYA
03 Iyun 2025 | 00:00

Baydenin yerinə onlar prezidentlik ediblər - ADLAR

Co Baydenin prezidentliyi dövründə Ağ Evdə faktiki olaraq onunvəzifələrini yerinə yetirən və avtomatik imzadan istifadə edərək onun adından sənədləri imzalayan dörd işçidən ibarət bir qrup işləyirdi. 

Bakıvaxtı.az xəbər verir ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer deyib. 

Onların arasında Daxili Siyasət Şurasının keçmiş rəhbəri Nira Tanden, Baydenin köməkçisi Anna Tomasini, birinci xanımın müşaviri Entoni Bernal və Oval Ofis rəhbərinin müavini Eşli Uilyams da olub.

Konqresmen iddia edir ki, onlar ABŞ-ın əsl prezidenti olublar, çünki onların avtomatik qələmlə atdıqları imzalar rəsmi sənədlərdə olub.

Komer əlavə edib ki, Baydenin onun adından hansı sənədlərin imzalanmasından xəbəri olub-olmaması və ABŞ-ın keçmiş prezidentinin bu prosesə nəzarət edib-etməməsi məlum deyil.


SON XƏBƏRLƏR