ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynadan olan həmkarları ilə görüşə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə bildirib.
“O, hər iki liderin, hər iki tərəfin danışıqlar masası arxasında oturmasını istəyir. Biz bu gün onların prezident Trampın çağırışı ilə bunu necə etdiklərini gördük", - Levitt qeyd edib.