• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Rusiya ilə Ukrayna arasında danışıqlar konstruktiv keçib - Hakan Fidan
DÜNYA
02 Iyun 2025 | 23:22

Rusiya ilə Ukrayna arasında danışıqlar konstruktiv keçib - Hakan Fidan

İstanbulda bu gün keçirilən Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar konstruktiv keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, tərəflər Ukrayna münaqişəsinin həlli ilə bağlı memorandum layihələri mübadiləsi aparıblar. Onun sözlərinə görə, Rusiya və Ukrayna tərəfləri “yaxın günlərdə bu sənədlər üzərində texniki səviyyədə işə başlayacaqlar”.

Bundan əlavə, Hakan Fidan bildirib ki, nümayəndə heyətləri Rusiya və Ukrayna liderləri arasında mümkün görüşə hazırlığı davam etdirmək qərarına gəliblər.


SON XƏBƏRLƏR