• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Bill Qeyts 200 milyardlıq sərvətini Afrikaya ayırır
DÜNYA
02 Iyun 2025 | 23:54

Bill Qeyts 200 milyardlıq sərvətini Afrikaya ayırır

“Maykrosoft” qurucusu, milyarder Bill Qeyts sərvətinin böyük hissəsi Afrikaya ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı deyib.

"Mən bu yaxınlarda söz verdim ki, sərvətim növbəti 20 il ərzində köçürüləcək. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həlli üçün xərclənəcək”, - Qeyts bildirib.

O əlavə edib ki, vəsait Bill və Melinda Qeyts Fondu vasitəsilə ayrılacaq.

Milyarder daha əvvəl söyləmişdi ki, 200 milyarda yaxın vəsait 2045-ci ilə qədər müxtəlif layihələrin icrası üçün xərclənəcək./axar.az


SON XƏBƏRLƏR