2025-ci il UEFA Superkuboku qarşılaşmasının iştirakçıları müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, Superkuboka ilk vəsiqəni mayın 21-də Avropa Liqasının finalında digər İngiltərə təmsilçisi “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gələn “Tottenhem” qazanıb.
London klubunun rəqibi isə Çempionlar Liqasının finalında İtaliya “İnter”ini 5:0 hesabı ilə məğlub edən Fransanın PSJ klubu olacaq.
Beləliklə, avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda keçiriləcək UEFA Superkubokunda PSJ və "Tottenhem" komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, avrokuboklarda ilk dəfə üz-üzə gələcək rəqiblərin 2017-ci ildə ABŞ-də yoldaşlıq görüşü "Tottünhem"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.