• Bakı 29° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Həmin nömrə Yamala verildi
İDMAN
16 Iyul 2025 | 22:30

Həmin nömrə Yamala verildi

"Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal formasının nömrəsini dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, yeni mövsümdən 10 nömrə altında çıxış edəcək.

Xatırladaq ki, 2008-2021-ci illərdə “Barselona”nın 10 nömrəli forması argentinalı hücumçu Lionel Messiyə məxsus olub. Onun gedişindən sonra 10 nömrəli forma Ansu Fatiyə verilib. Yamal isə ötən mövsüm 19 nömrə geyinirdi.

Qeyd edək ki, 2024/2025 mövsümündə Yamal “Barselona”nın heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR

16 Iyul 2025