• Bakı 24° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Rusiyanın 18 qat çempionu 6 ay müddətinə diskvalifikasiya olunub

İDMAN

17 Iyul 2025 | 10:37

Rusiyanın 18 qat çempionu 6 ay müddətinə diskvalifikasiya olunub

Darts üzrə 18 qat Rusiya çempionu Boris Koltsov 6 ay müddətinə diskvalifikasiya olunub.

Bakıvaxtı.az Rusiya Darts Federasiyasının (RDF) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının Çinin Makao şəhərində keçirilən turnirdə icazəsiz iştirakı səbəb olub.

RDF-nin vitse-prezidenti Nail Aksyanov isə bir il yarım müddətinə vəzifəsindən kənarlaşdırılıb. İyunun 13-dən 15-dək Makaoda keçirilən turnirdə Rusiya nümayəndələri ölkə bayrağı altında və dövlət rəmzləri ilə iştirak ediblər. Yarışa səfərin RDF və İdman Nazirliyinin razılığı olmadan təşkil edildiyi bildirilib.

Qeyd edək ki, 36 yaşlı idmançı Peşəkar Darts Korporasiyası tərəfindən keçirilən dünya çempionatlarında iştirak edib.


SON XƏBƏRLƏR