• Bakı 24° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Zəngəzur dəhlizində yeni oyunçu: Amerika nəzarət təklifi ilə bölgənin nəbzini yoxlayır
SİYASƏT
17 Iyul 2025 | 11:03

Zəngəzur dəhlizində yeni oyunçu: Amerika nəzarət təklifi ilə bölgənin nəbzini yoxlayır

“Amerikanın Zəngəzur dəhlizinə nəzarətlə bağlı təklifi real təklifə oxşamır. Fikrimcə, bu, Azərbaycan, Gürcüstan və Ermənistanın, eləcə də bölgənin nəbzini yoxlamaq üçün ortaya atılmış bir xəbərdir”.

Bu barədə Bakıvaxtı.az-a analitik Fuad Abbasov bildirib.

O qeyd edib ki, birinci növbədə ortada Rusiya faktoru var:

“Şimal qonşumuz bacardığı qədər məlum dəhlizə nəzarət üçün ABŞ-nin buraya gəlişinə qarşı çıxacaq. Bu, faktiki olaraq Amerika əsgərlərinin və NATO-nun Qafqaza yerləşməsinə bərabərdir.

İkincisi, burada Ermənistan faktoru var. Rəsmi İrəvan buna razılıq versə də, Azərbaycan ona qarşı çıxa bilər. Ona görə ki Azərbaycanın bu məsələdə suverenliyini itirmək qorxusu var. Ermənistanın onsuz da suverenliyinin yarısı Avropa, yarısı da Rusiyanın əlindədir. Amma Azərbaycan öz torpaqlarına Zəngəzur dəhlizi olsa da belə, Naxçıvan və ümumiyyətlə Azərbaycanın sərhədlərinə Amerika ordusunun yerləşdirilməsini ölkəmizin suverenliyinə bir qəsd kimi qiymətləndirirəm”.

Həmsöhbıətimiz diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinə Amerika əsgərlərinin nəzarət etməsinə İran da qarşı çıxa bilər:

“Demək olar ki, Amerika ordusu İranın sərhədlərinə yığışmış olacaq. Digər tərəfdən Rusiyanın bu prosesdə qarşı gələcəyi bir çox məsələlər var. Onlar arasında terror və dezinformasiya ön sırada dayanır. Onsuz da Azərbaycan-Rusiya əlaqələri ciddi şəkildə gərilib. Belə bir fonda Rusiyanın Amerikanın bu işdə iştirakına ciddi şəkildə qarşı çıxması mümkün ola bilər. Bu, sadəcə siyasi və diplomatik təzyiqlər olmayacaq. Amerikanın bölgəyə yerləşməməsi üçün Rusiya terror da törədə bilər”.

Fuad Abbasov: Amerikanın bölgəyə yerləşməməsi üçün Rusiya terror da törədə bilər

2020-ci ilin noyabrında imzalanan müqaviləni xatırladan analitik vurğulayıb ki, bu müqavilədə Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi bəndi var:

“Bunun da müqavilədə olmasına rəğmən Amerikanın bura yerləşməsi Rusiyanın “bostanına daş atmaq” kimi qiymətləndirilə bilər. Amma tarix boyunca Rusiya bu bölgə səfalət, rəzalət, müharibə qan və göz yaşı gətirib. Digər tərəfdən Amerikanın Qafqaz bölgəsinə yerləşməsi, Qafqazda İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya kimi dövlətlərin hökmran olduğu bir bölgədə az kontingentlə də olsa, öz əsgərlərini yerləşdirməsi bölgədə ciddi geopolitik dəyişiklik yaradacaq. Bu dinamika Azərbaycan, Gürvüstan və Ermənistanın Qərbyönümlü və Rusiyaya qarşı inkişafına yol aça bilər. Bu cəhətdən də Zəngəzur dəhlizinə Amerikanın nəzarət etməsi bəlkə də müsbət nəticələr verə bilər”.

Qeyd edək ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Azərbaycan və Ermənistan 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil. Bu, on illər ərzində uzanıb. Beləliklə, baş verən odur ki, Amerika addım atıb və deyib: "Yaxşı, biz onu təhvil alacağıq. Bizə yüz illik icarəyə 32 kilometr yolu verin və hamınız bu yolu paylaşa bilərsiniz”.

Aydın Baxış


SON XƏBƏRLƏR