• Bakı 24° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

3x3 qadın basketbolu: Sumqayıt mərhələsinin iştirakçıları bəllidir
İDMAN
17 Iyul 2025 | 11:20

3x3 qadın basketbolu: Sumqayıt mərhələsinin iştirakçıları bəllidir

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, 26–27 iyul tarixlərində Sumqayıtda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək. Yarışda 12 milli və 4 klub olmaqla, ümumilikdə 16 komanda iştirak edəcək.

Milli komandalar sırasında Azərbaycanla yanaşı, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya və Latviya da yer alır. Klubları isə “Karolina” (Puerto Riko), “Pekin” (Çin), “Takasaki” (Yaponiya) və “CS Rapid” (Rumıniya) təmsil edir.

Qarşılaşmalar Sumqayıt şəhərinin dənizkənarı bulvarında keçiriləcək.


SON XƏBƏRLƏR