• Bakı 15° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

İran BAEA ilə əməkdaşlıq sazişindən çıxdı
DÜNYA
20 Noyabr 2025 | 20:55

İran BAEA ilə əməkdaşlıq sazişindən çıxdı

İran ölkədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspert fəaliyyətinin bərpası üzrə sentyabr ayında Qahirədə əldə edilmiş razılaşmanı rəsmən ləğv etdiyini açıqlayıb.

Bakıvaxtı.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.

"Bu gün BAEA-nın baş direktoru Rafael Qrossiyə göndərilən rəsmi məktubda razılaşmanı etibarsız elan etdik", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Qahirə razılaşması BMT sanksiyalarının yenidən tətbiq olunmasına imkan verən "tətik mexanizmi"nin işə salınması ilə qüvvədən düşüb.


SON XƏBƏRLƏR