• Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Tanınmış həkimin bank hesabından 11 min manat oğurlandı
CƏMİYYƏT
20 Noyabr 2025 | 23:32

Tanınmış həkimin bank hesabından 11 min manat oğurlandı

Xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pul ələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisənin ötən ilin dekabrında "Caspian International" hospitalda baş verdiyi iddia olunur. Kartın isə xəstəxananın keçmiş həkimi, mama-ginekolq Aytən Səfərovaya aid olduğu bildirilir.

İddialardan yol alaraq mama-ginekoloq Aytən Səfərova ilə əlaqə saxladıq. Hadisənin təfərrüatlarını “Xəzər Xəbər”ə danışan Aytən Səfərova iddiaları təsdiqlədi.

 

 


SON XƏBƏRLƏR

20 Noyabr 2025