• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Reabilitasiya mərkəzi qazilərin müalicəsi üçün tam təchizatlıdır - Vüqar Qurbanov

CƏMİYYƏT

20 Noyabr 2025 | 13:02

Reabilitasiya mərkəzi qazilərin müalicəsi üçün tam təchizatlıdır - Vüqar Qurbanov

"Reabilitasiya mərkəzindəki avadanlıqların böyük hissəsi robotik xidmətlər təqdim edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin fəaliyyətə başlanmasına həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə səhiyyə sahəsində ciddi islahatlar həyata keçirilir:

"Bu mərkəzin açılışı da ölkə rəhbərliyinin xüsusi qayğısının nəticəsidir. Həm ərazisinə, həm də təchizatına görə Avropa və Asiya ölkələri arasında ilk sıralardan birində yer alacaq. Hazırda mərkəzimizdə 50-yə işçi var. Onların çoxu xaricdə təhsil alıb ölkəyə qayıdan həkimlərdir”. 

V.Qurbanov bildirib ki, hədəf burada çalışanların sayını 100 etməkdir. Gündəlik xəstə qəbulu minimum 500, illik isə 150-200 min nəfər kimi hədəflənib. 
“Ölkəmizdə bu xidməti almaq istəyən kifayət üədər insan var. Bunların böyük bir qismi də uşaqlardır. Anadangəlmə genetik problemləri olan uşaqlar əksəriyyət təşkil edir.  

Qazilərimizin sağalması üçün reabilitasiya mərkəzinə ehtiyac vardı. Bu mərkəz onların müalicəsini həyata keçirmək üçün tam ixtisaslaşıb”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR