• Bakı 15° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

İslamiadada daha 4 medal
İDMAN
20 Noyabr 2025 | 21:17

İslamiadada daha 4 medal

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 4 medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kiloqram) gümüş, Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşçi İslam Bazarqanov (57 kiloqram) finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadada üçüncü yeri tutub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.


SON XƏBƏRLƏR