• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

İstanbul valisi FETÖ terror təşkilatı ilə bağlı xarici ölkələrə çağırış etdi
DÜNYA
17 Iyul 2025 | 17:36

İstanbul valisi FETÖ terror təşkilatı ilə bağlı xarici ölkələrə çağırış etdi

FETÖ terror təşkilatı xarici ölkələrdə Türkiyə ilə ticarət əlaqələri quran, qurmaq istəyən şəxslərin övladlarını həmin ölkələrdə yaratdıqları məktəblərə cəlb edirdilər.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu İstanbul valisi Davut Gül bildirib.

Davudoğlu Gül deyib ki, bu yolla həmin şəxslər də FETÖ-nün təsir dairəsinə düşürdülər: "Beləliklə, 15 iyulda FETÖ terror təşkilatı çevrilişə cəhd etdi. Türkiyədə FETÖ-nün çevriliş planını Prezident Rəcəb Tayyib Ərdoğan çağırışı ilə xalqın meydanlara axışması, xalqın birliyi oldu. Prezidentin çağırışı ilə Orduda, polisdə bu çevrilişə qarşı çıxan Vətən övladlarımızın da dəstəyi ilə 16 iyul səhəri artıq vəziyyət tam nəzarət altına alıdı".

İstanbul valisi qeyd edib ki,15 iyulda xalq seçdiyi şəxsləri heç kimə təslim etməyəcəyini ortaya qoydu: "Xalqımız bu torpaqları birilərinə verməyəcəyini də bur daha göstərmiş oldu. FETÖ Türkiyədə bacarmadığını şəbəkələrini qurduğu xarici ölkələrdə də edə bilər. Biz dost ölkələri FETÖ terror təşkilatına qarşı diqqətli olmağa çağırırıq".

Davut Gül çevriliş cəhdi dövründə Sivas valisi olduğunu xatırladıb: "Bu terror təşkilatı müxtəlif yollarla pərdələnir. Məsələn, məlum oldu ki, Sivasda ələvi dərnəyini FETÖ qurubmuş".


SON XƏBƏRLƏR