• Bakı C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Kobaxidze: Avropa bürokrasiyası ikiqat standartlarla fəaliyyət göstərir
DÜNYA
10 Dekabr 2025 | 16:33

Kobaxidze: Avropa bürokrasiyası ikiqat standartlarla fəaliyyət göstərir

Avropa bürokratları öz işlərinə müdaxiləni sevməsələr də, Gürcüstanın daxili proseslərinə fəal şəkildə qarışırlar və hətta ölkənin inkişafına mane olmağa çalışırlar.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər veri ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət administrasiyasında keçirilən brifinqdə çıxış edən baş nazirin sözlərinə görə, bu, çox təəssüf doğuran hadisədir və Avropa bürokrasiyasında yaranmış ağır vəziyyəti göstərir:

"Bu yanaşma dəyişməlidir. Ümid edirik ki, Avropa bürokrasiyasında proseslər ümumilikdə sağlamlaşacaq. Əks halda, bu insanlar öz strukturlarının maraqlarına özləri ziyan vururlar. Avropa qurumlarında mövcud olan ikiqat standartlar nəticəsində Avropa İttifaqında inkişaf meyilləri mənfi istiqamətdə dəyişir. Bu, həm demokratiyaya, həm insan haqlarına, həm də iqtisadiyyata təsir göstərir".

Gülşən Şərif


SON XƏBƏRLƏR