• Bakı 24° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Lukaşenko Şimali Koreyaya səfər edə bilər
SİYASƏT
09 Sentyabr 2025 | 15:13

Lukaşenko Şimali Koreyaya səfər edə bilər

Belarus prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen Ina Koreya Xalq Demokratik Respublikasının Milli Günü münasibətilə göndərdiyi təbrik məktubunda Pxenyana səfər etməyə hazır olduğunu təsdiqləyib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti açıqlama verib.

Lukaşenko bildirib ki, dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarmaq naminə hər iki tərəf üçün əlverişli olan ən yaxın vaxtda Şimali Koreyaya səfər etməyə hazırdır.

"Minsk və Pxenyan arasında münasibətlərin inkişaf tarixi dostluq prinsiplərinə, bərabərhüquqlu dialoq istəyinə, mənəvi və mədəni dəyərlərin oxşarlığına əsaslanan dinc qarşılıqlı fəaliyyət nümunəsidir. Ümid edirəm ki, Belarus-Koreya əməkdaşlığı və beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz hər iki xalqa fayda verəcək, etimadın və qarşılıqlı anlaşmanın artmasına töhfə verəcək", - deyə Belarus rəhbəri qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR