• Bakı 24° C

    14.93 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Malayziyada təyyarənin şassisində insan cəsədi tapıldı
DÜNYA
27 Avqust 2026 | 21:59

Malayziyada təyyarənin şassisində insan cəsədi tapıldı

Avqustun 27-də Malayziyada Kuala-Lumpur beynəlxalq hava limanının terminalında təyyarənin şassi bölməsində insan meyiti aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Straits Times" nəşri məlumat yayıb.

Kimliyi hələlik müəyyənləşdirilməyən cəsəd Tokiodan yola düşən və yerli vaxtla saat 06:30-da eniş edən təyyarənin şassi hissəsində saat 06 radələrində tapılıb. Bölməni yoxlayan mühəndislər orada ağ köynək və cins şalvarda olan insan meyiti ilə qarşılaşıblar.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və məhkəmə-tibbi ekspertləri cəlb olunublar. Onlar həlak olan şəxsin kimliyini müəyyən etməli və hava gəmisinin şassi bölməsinə hansı yolla daxil olduğunu araşdırırlar.

İlkin ehtimallara əsasən, əməliyyatçılar naməlum şəxsin təqribən 72 saat öncə həyatını itirdiyini bildirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR