• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Ölkəmizin innovasiya siyasəti yüksək səviyyədədir - Deputat
SİYASƏT
20 Noyabr 2025 | 11:08

Ölkəmizin innovasiya siyasəti yüksək səviyyədədir - Deputat

Ölkədə innovasiya istiqamətində aparılan siyasət yüksək səviyyədədir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq innovasiyaları formalaşdıran dövlətə çevrilib. Dövlət büdcəsinə daxil olan neft gəlirlərinin azalması ciddi məsələdir.

Deputat qeyd edib ki, Prezident bu mərhələni qeyri-neft sektorunun yüksəldilməsi istiqamətində vacib addım kimi dəyərləndirir.

"OPEC-in hesablamalarına görə, enerjiyə tələbat 85 faiz artacaq. Təşkilatların statistikası göstərir ki, neftə tələbat hazırda sabitləşib. Bu gün enerji sadəcə resurs deyil, həm də diplomatik təsir vasitəsidir",- Sadiq Qurbanov əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Noyabr 2025