• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Sümük iliyi transplantasiyası İcbari Tibbi Sığorta zərfinə daxildir
CƏMİYYƏT
20 Noyabr 2025 | 12:37

Sümük iliyi transplantasiyası İcbari Tibbi Sığorta zərfinə daxildir

Azərbaycanda leykoz, yəni leykemiya, sümük iliyinin xərçəngi, limfoma, mieloma, talassemiya, aplastik anemiya və immun çatışmazlığı kimi ağır xəstəliklər kifayət qədər geniş yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hematologiya və Sümük İliyi Transplantasiya Mərkəzinin şöbə müdiri Sevil Cəlilova Robotik Reabilitasiya Mərkəzinin yerləşdiyi Yeni Klinikaya təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstələrin müalicəsinin davamı olaraq onların təxminən 70-80 faizində sümük iliyi transplantasiyasına ehtiyac yaranır. Beynəlxalq protokollara əsasən, bu cür transplantasiya yalnız xüsusi hepafiltrasiya sistemi ilə təchiz olunmuş mərkəzlərdə aparılmalıdır:

“Yeni açılan şöbə 22 palata ilə tam şəkildə həmin tələblərə uyğun qurulub və müasir hepafiltrasiya sistemi ilə tam təmin edilib. Burada xüsusi steril “boks” otaqları mövcuddur. Xəstələr transplantasiya ərəfəsindəki mənfi günlərdən başlayaraq, sıfırıncı gün və sonrakı müsbət günlərdə müalicələrini tam steril şəraitdə davam etdirə biləcəklər“.

S.Cəlilova qeyd edib ki, mərkəzdə həm böyüklər, həm də uşaqlar müalicə alacaq. Linfoma və mieloma xəstələrində autoloji transplantasiya, talassemiya, aplastik anemiya, xüsusilə sümük iliyi xərçəngi və immun çatışmazlığı olan xəstələrdə isə allogen transplantasiya həyata keçiriləcək.

Onun sözlərinə görə, sümük iliyi transplantasiyası İcbari Tibbi Sığorta zərfinə daxildir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 Noyabr 2025