• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

AFFA-dan klublara cərimə yağışı
İDMAN
20 Noyabr 2025 | 13:50

AFFA-dan klublara "cərimə yağışı"

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 2-ci liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Quba” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” 70 manat cərimə edilib.

“Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.

“Sheki City” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 90 nömrəli futbolçusu Əli Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 22 nömrəli futbolçusu Asim Quliyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.


SON XƏBƏRLƏR