• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Avtomobil nömrələri ilə bağlı YENİLİK: defis işarəsi...
CƏMİYYƏT
20 Noyabr 2025 | 15:08

Avtomobil nömrələri ilə bağlı YENİLİK: defis işarəsi...

Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"Qeyd etmək istərdik ki, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur.

Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir", - deyə əlavə edilib.

DYP-dən o da bildirilib ki, köhnə nömrələrə hər hansı müdaxilə edilməməlidir.


SON XƏBƏRLƏR