Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Həsənriz və Vəngli kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu köçlə Vəngliyə köçürülən ailələrin sayı 100-ə (385 nəfər) çatıb.
***
16:08
Ağdərə rayonuna yola salınan növbəti köç karvanları Vəngli kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Vəngliyə 4 ailə (11 nəfər) köçürülüb.
***
13:30
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Bakıvaxtı.az xəbər verir ki, noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Vəngli kəndinə yola salınıb.
Bu mərhələdə Vəngli kəndinə 4 ailə - 11 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bakı 












