• Bakı 15° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir
CƏMİYYƏT
20 Noyabr 2025 | 17:54

Azərbaycan və ABŞ telekommunikasiya sahəsində əməkdaşlığı genişləndirir

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ABŞ-nin Federal Kommunikasiya Komissiyasının (FCC) nümayəndələri ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, məqsədləri və son dövrdə həyata keçirilən layihələr barədə məlumat verilib. İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov bildirib ki, qısa müddət əvvəl yaradılmasına baxmayaraq, qurum telekommunikasiya sektorunda tənzimləmənin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və rəqəmsal bazarın sağlamlaşdırılması istiqamətində mühüm işlər görüb. İKTA rəsmisi ABŞ-nin META, “Google” kimi transmilli şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını, bu istiqamətdə FCC-nin dəstəyindən yararlanmaq istədiklərini deyib. Həmçinin vurğulanıb ki, telekommunikasiya sektorunun effektiv tənzimlənməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi prioritetdir. FCC-nin uzunmüddətli tənzimləmə təcrübəsi və tətbiq etdiyi modellər Azərbaycan üçün xüsusi maraq doğurur və İKTA-nın gələcək tənzimləmə çərçivəsinin formalaşmasında dəyərli bençmark hesab olunur.

FCC rəsmiləri öz növbəsində Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Qeyd edilib ki, Federal Kommunikasiya Komissiyasının tənzimləmə meyarları Avropa modelindən fərqlənir. Bu baxımdan FCC İKTA ilə əməkdaşlıq imkanlarını genişləndirməkdə maraqlıdır.

Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlərin və işçi görüşlərinin intensivləşdirilməsi barədə razılıq əldə olunub.


SON XƏBƏRLƏR