• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Maşın qaçıraraq qəza törədən şəxs saxlanıldı
HADİSƏ
20 Noyabr 2025 | 15:03

Maşın qaçıraraq qəza törədən şəxs saxlanıldı

    Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən noyabrın 17-si səhər saatlarında “BYD” markalı avtomobil qaçıran şəxs tutulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

    Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.


    SON XƏBƏRLƏR