Ukraynanın "Avropa Həmrəyliyi" müxalifət partiyasının fraksiyası Ali Radada Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun istefasını tələb edən qətnamə qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq sənəd Radanın saytında yerləşdirilib.
"Avropa Həmrəyliyi" fraksiyası Zelenski dövrünün ən böyük korrupsiya qalmaqalına cavab olan 14234 saylı Qətnaməni qeydə alıb. Sənəd "Mindiç kasetləri"ndə əli olan bütün şəxslər üçün dərhal siyasi cavabdehlik tələb edir. Biz Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu və Prezident Administrasiyasının rəhbəri Andrey Yermakı vəzifədən azad etməyə çağırırıq”, - qətnamədə deyilir.
Bakı 











