• Bakı 15° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
SİYASƏT
20 Noyabr 2025 | 16:25

Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il yavnvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.


SON XƏBƏRLƏR