• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Bölgələrdə stomatoloq ştatı ləğv olunur? - RƏSMİ
CƏMİYYƏT
20 Noyabr 2025 | 13:59

Bölgələrdə stomatoloq ştatı ləğv olunur? - RƏSMİ

“Ölkədə vətəndaşların inanmadığı yetərincə stomatoloqlar var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bu da onların fəaliyyətinin və iş keyfiyyətinin aşağı olduğunu bildirir.

İcraçı direktor stomatoloqlara yayda ciddi xəbərdarlıq etdiklərini xatırladıb. Dediyinə görə, ilin əvvəllərindən stomatoloqların xidməti haqqında faktlar var:

“Ölkə üzrə elə tibb müəssisələrimiz var ki, bir vətəndaş müraciəti yoxdur. Bizim üçün vacib olan vətəndaşın aldığı tibbi xidmətdən məmnunluqdur”.

“Bölgələrdə bəzi tibb müəssisələrində stomatoloq ştatının ləğv olunması ilə bağlı xəbərdarlıq edilib. Bu proseslər qanunvericiliyə uyğun aparılır", - deyə Vüqar Quebanov əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR