ABŞ Prezidenti Donald Tramp sülh planının qəbul ediləcəyi təqdirdə, Vladimir Zelenski və onun ətrafına qarşı bütün korrupsiya işlərinə xitam verə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.
Bildirilib ki, Tramp buna nail olmaq üçün Ukraynanın Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu üzərində təsirindən istifadə edə bilər.
Nəşr qeyd edir ki, sülh planı qəbul edilərsə, ABŞ prezidenti Zelenskiyə daxili siyasi rəqiblərə qarşı repressiv addımlar atmaq səlahiyyəti də “verə bilər”./Axar.az
Bakı 











