“Napoli”nin və Şotlandiya millisinin yarımmüdafiəçisi Skot Maktominey Danimarka ilə matçda vurduğu qolla diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, akrobatik tullanışla fərqlənən futbolçu topa 253 santimetr hündürlükdə zərbə endirib. Bununla da o, Kriştiano Ronaldonun 2018-ci ildə müəyyənləşdirdiyi rekordu (238 sm) 15 santimetr geridə qoyub.
Qeyd edək ki, Şotlandiya yığması 21-ci əsrdə ilk dəfə dünya çempionatının final mərhələsində iştirak hüququ qazanıb.
Bakı 











