Polis qanunsuz silah-sursatla bağlı əməliyyatları davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Belə ki, iyulun 16-da paytaxt və bölgələrdə keçirilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 tüfəng aşkar edilərək götürülüb.