• Bakı 25° C

    15.05 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr
DÜNYA
27 Avqust 2026 | 17:34

Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ət-Tani İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşü zamanı Hörmüz boğazından müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını müzakirə edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin press-relizində məlumat verilib.

"Görüşdə, həmçinin təklif olunan mərhələli addımlarla bağlı cari məsələlər, o cümlədən Hörmüz boğazında müvəqqəti birgə gəmiçilik dəhlizinin yaradılması, eləcə də boğazın minalardan təmizlənməsi üzrə birgə layihə müzakirə olunub", - deyə məlumatdan bildirilib.

Bundan əlavə, tərəflər eskalasiyanın azaldılması və fikir ayrılıqlarının dialoq yolu ilə nizamlanması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu, Qətər baş nazirinin bu il fevralın 1-dən bəri İrana ilk səfəri idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR