"Real Madrid" 150 milyonluq transfer reallaşdırmaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.
Məlumata görə, "Kral klubu" bu məbləğ qarşılığında Fransa təmsilçisi PSJ-də çıxış edən 21 yaşlı yarımmüdafiəçi Joau Neveşi sıralarına cəlb etmək niyyətindədir. Mənbə İspaniya nəhənginin parisliləri razı salmaq üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb.
Qeyd edək ki, Neveşin PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Bakı 











